waplog

Çində tibbi maskalı insanların tanınması üçün sistem tətbiq edilib


Çində insanları maska, şərf və saxta saqqalda müəyyənləşdirən yenilənmiş sifətin tanınması sisteminin tətbiqinə başlanılıb. Bu islahat koronavirusun yayılmasına görə əhalinin əksər hissəsinin tibbi maskalardan istifadə etməsi ilə izah olunur.

 

“ICTnews” Elektron Xəbər Xidməti “Hightech” resursuna istinadən yazır ki, koronavirus yayıldıqdan bir neçə həftə sonra Çində milyonlarla insan 95 nömrəli cərrahi maska və respirator taxmağa başlayıb. Bu, “SenseTime” süni intellekt istehsalçısının məhsullarının sifətin tanınması üçün adaptasiya olunması ilə nəticələnib.

 

“South China Morning Post” nəşrinin məlumatına görə, texnologiya yeni deyil. Belə ki, 2017-ci ildə Stenford Universitetinin aspirantı Amarcot Sinqh və onun qrupu tərəfindən maskalı sifətlərin identifikasiyası üzrə tədqiqat dərc edilib. Onların alqoritmi eynəkli, saxta saqqallı, şərf və şlyapa taxan insanların tanınmasında irəliləyiş olub.

 

“Süni intellekt insan sifətində bir neçə əsas nöqtəni müəyyənləşdirir və onları birləşdirməklə şəxsi identifikasiya edir və bu, insan üçün xarakterik olan unikal imzanı yaradır”, – aspirant qeyd edib. Lakin bu süni intellekt modifikasiyası üçün maska taxan insanda açıq olan digər əsas nöqtələrdən istifadə olunub. A.Sinqh tərəfindən hazırlanan sistem yalnız göz və burun ətrafında əsas nöqtələrə əsasən maskalı insanları tanıyır.

 

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL