waplog

Avstraliya təyyarəsində “iPhone 4” smartfonu tüstülənib


“Regional Express” aviaşirkətinin reyslərindən birində qəribə hadisə baş verib,- “Boy Genius Report” yazıb. Sidney aeroportunda yerə enmədən dərhal sonra sərnişinlərdən birində olan “iPhone 4” smartfonu qəflətən tüstülənib. Şahidlərin sözlərinə görə, smartfon qızarana qədər közərib və ondan qatı tüstü çıxmağa başlayıb.

Stüardessa özünü itirməyib və odsöndürən vasitəsi ilə qurğunu söndürüb. Sərnişinlərdən və təyyarə ekipajından zərərçəkən yoxdur. Bununla belə yerli təhlükəsizlik xidməti hadisəni araşdırır.



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL