waplog

Britaniyanın Müdafiə Nazirliyi 1 il ərzində 188 noutbuk itirib


18 ay ərzində Böyük Britaniyanın Müdafiə Nazirliyində 280-dən çox kompyuter oğurlanıb və ya itirilib. Bu barədə müdafiə nazirinin parlament müavini Endrü Robatanın (Andrew Robathan) hesabatına istinadən “The Daily Mail” bildirib. Şöbədə 99 stolüstü kompyuter və 188 noutbuk əskik gəlib.

 

Daha 20 noutbuk itib, lakin onları sonra tapıblar. Bundan əlavə, 1 ilyarım ərzində Müdafiə Nazirliyinin əməkdaşları 72 xarici sərt disk, 73 fləş daşıyıcı, 150 maqnit lentlərində daşıyıcı və 194 kompakt-disk itiriblər. İtki siyahısında yalnız avadanlıq və daşıyıcılar deyil, həm də mobil texnika - 18 telefon və 10 “BlackBerry” smartfonu, həmçinin digər aparatlar da var.

 

Robatan qeyd edib ki, itirilmiş texnikada olan informasiya şifrlənib və ya digər vasitələrlə qorunub. O əlavə edib ki, nazirlik itkiləri "ciddi qəbul edir" və onların sayını azaltmaq üçün aktiv tədbirlər görür. Bu halda müdafiə nazirinin müavini qeyd edib ki, şöbənin ştatında bütün dünyada çalışan 250 mindən çox əməkdaş var.

 

Onların çoxu işinə görə olduğu yeri tez-tez dəyişdirməli olurlar, buna görə də müəyyən itki faizi qaçılmazdır. Britaniyanın Müdafiə Nazirliyi avadanlıq itkiləri haqqında daim hesabat verir. Belə ki, 2004-cü ildən 2008-ci ilə qədər şöbə 747 noutbuk itirib, 2009-cu ilin yanvar-sentyabr ayları ərzində isə 23 stolüstü kompyuter və 91 noutbuk itirib.



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL