waplog

“Samsung” şirkəti “Galaxy M31” smartfonunu təqdim edib


“Samsung” şirkəti 4 kameralı və 6000 milliamper/saat tutumlu batareya ilə təchiz edilmiş “Galaxy M31” smartfonunu təqdim edib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “digger.ru” saytına istinadən yazır ki, “Samsung Galaxy M31” aparatı 6,4 düymlük “FHD ” təsvir ölçülü və tərəflər nisbəti 19,5:9 olan “Super AMOLED” displeyə malikdir.

 

Smartfon “Exynos 9611” prosessoru, 4/6 QB əməli yaddaş, 64/128 QB-lıq UFS 2.1 daxili yaddaşı ilə təchiz edilib. “microSD” yaddaş kartının köməyi ilə daxili yaddaşın tutumunu artırmaq mümkündür.

 

Arxa paneldə 4 kameradan ibarət blok yerləşdirilib: 64 meqapiksellik əsas, 8 mp-lik super genişbucaqlı, 5 mp-lik makroobyektiv və 5 mp-lik dərinlik datçiki. Həmçinin barmaq izləri skaneri quraşdırılıb. Ön kameranın təsvir ölçüsü 16 mp-dir.

 

“Galaxy M31” aparatı “Samsung One UI 2.0” interfeysli “Android 10” versiyasının idarəetməsi altında işləyir. Akkumulyatorun tutumu 6000 milliamper/saatdır. Smartfon “USB-C” portu vasitəsilə 15 vattadək sürətli enerji doldurma texnologiyasını dəstəkləyir. Bundan başqa, qulaqlıqlar üçün 3,5 mm-lik konnektor, FM radio var və “Bluetooth 5.0” texnologiyasının dəstəyi reallaşdırılıb.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL