waplog

Azərbaycanın dövlət idarələri elektron hökumət portalı vasitəsilə qarşılıqlı fəaliyyət imkanı əldə ediblər


"Elektron hökumət" portalına qoşulmuş Azərbaycanın dövlət qurumları idarələrarası səviyyədə informasiya mübadiləsi imkanını əldə ediblər. Bu barədə Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzindən məlumat verilir.

 

Mərkəzin məlumatına əsasən, nazirliklər arasında informasiya mübadiləsi idarələrdə quraşdırılan "Security" şəbəkələri vasitəsilə şifrlənmiş formada həyata keçirilir. Hər bir informasiyaya onun doğruluğunu təsdiq edən elektron imza verilir.

 

İdarələrarası qarşılıqlı elektron fəaliyyət sistemi vətəndaşların bu və ya digər sənədləri dövlət idarələrinə (pasport qeydiyyatı şöbəsi, mənzil-kommunal təsərrüfat idarəsi və s.) getmədən almasını asanlaşdıracaq. Portalda təqdim olunan dövlət strukturlarının sayı artacaq, onların seçim meyarları isə qurumların İT-infrastruktur və mövcud elektron xidmətlərinə hazırlığından asılı olacaq.

 

"Elektron hökumət" portalının Azərbaycanda işə salınması 2012-ci ilin martında gözlənilir. "Elektron hökumət" portalı vətəndaşlarla, dövlət və özəl sektorun müəssisələri ilə işi əlaqələndirən əsas alət olacaq.

 

"Elektron hökumət" portalının yaradılmasında mövcud informasiya bazalarını və müxtəlif platformalarda yaradılan sistemləri birləşdirəcək X-Road sisteminin prinsipindən istifadə olunacaq.

 

X-Road sistemi müxtəlif dövlət təşkilatlarının məlumat bazalarını birləşdirməyə, əhaliyə kompozit xidmətlər göstərməyə, eləcə də "dövlət-vətəndaş" dialoqunun aparılması imkanı ilə interaktiv servisləri təqdim etməyə imkan verəcək.



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL