waplog

Provayderlər "Aztelekom" şəbəkəsindən regionlarda internet xidmətləri göstərmək üçün istifadə etməyə hazırdırlar


Ölkədəki 30 internet-servis-provayderlərdən beşi "Aztelekom" Azərbaycan dövlət rabitə operatorunun infrastrukturu əsasında regionlarda genişzolaqlı internet xidmətini göstərməyə hazır olduqlarını bildiriblər. Provayderlərin müraciəti onların öz imkanlarını dəqiq qiymətləndirdikdən sonra daxil olur.

 

Bir çox provayderlər rayonlarda biznes qurmaqdan ehtiyat edirlər. Onların narahatçılığı qoyulmuş investisiyanın qaytarılması məsələsi ilə bağlıdır. Bununla belə, "Aztelekom"da hesab edirlər ki, genişzolaqlı xidmətlərə bütün Azərbaycan ərazisində tələbat var.

 

Əgər provayderlər bu və ya digər rayonlarda, o cümlədən uzaq ərazilərdə müəyyən sayda potensial istifadəçiləri cəlb etsələr, bu, onların daimi gəlir mənbəyi olacaq. "Sumqayıt, Gəncə kimi iri şəhərlərdə, eləcə də Abşeron yarımadasında internet xidmətləri göstərmək üçün "Aztelekom"un təqdim etdiyi üstünlük provayderlərə qısa müddətdə qoyulmuş vəsaitləri qaytarmağa imkan verəcək", - "Aztelekom"dab u qənaətdədirlər.

 

Hazırda uzunluğu 3,5 min kilometrdən çox olan optik-lif xəttin çəkilməsi tələb olunur. Dövlət operatoru bu magistralın müəyyən hissəsinin tikintisini öz üzərinə götürməyə hazırdır, tikintinin qalan hissəsini isə provayderlər öz üzərilərinə götürməlidirlər.

 

"Aztelekom" öz növbəsində, internet xidmətləri təqdim edən şirkətlərə eksklüziv hüquqlar verməyə hazırdır. Məsələn, provayderlərin trafikini sonuncu təyinat mənqətəsinə çatdırmaq, texniki dəstək və s. İstehsalat Birliyi tərəfindən provayderlərə təqdim edilən müəyyən xidmətlər pulsuzdur, bəziləri güzəştli qiymətlərlə təklif edilir. Bunun hamısı yekunda internet-provayderlərin regional səviyyədə biznesinin inkişafı üçün münasib şərait yaradır.



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL