waplog

Rabitə evi yeni binaya köçüb


Ordubad rayonun Gənzə kəndində yeni istifadəyə verilən kənd mərkəzində Rabitə evi üçün də iş otaqları ayrılıb. Burada quraşdırılan 384 nömrəlik elektron ATS Gənzə kəndində 268, Anabad kəndində isə 32 abonentə xidmət göstərir.

 

Rabitə evində poçt bölməsi üçün də nümunəvi şərait yaradılmış, internet və danışıq kartlarının, qəzetlərin satışı təmin olunub. Gələcəkdə poçt bölməsində sakinlərə bank xidmətləri də göstəriləcəkdir.



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL