waplog

Yeni hibrid disklər istehsal olunub (VİDEO)


Seagate şirkəti portativ kompyuterlər üçün nəzərdə tutulmuş yeni nəsil Momentus XT hibrid sərt disklərinin tədarükünə başlayıb. Sərt diskin formfaktoru 2,5 düym; fərdi kompyuterə qoşulma üçün Serial ATA 3.0 interfeysi tətbiq edilir.

 

Şpindelin fırlanma tezliyi haqda məlumat verilmir. Momentus XT sərt disklərində Adaptive Memory firmasının sistemindən istifadə olunub. Daşıyıcılar verilənlərin ötürülməsi prosesini təhlil edirlər və tez-tez istifadə edilən informasiyanı fləş yaddaşda saxlayırlar.

 

Bunun sayəsində məhsuldarlıq əhəmiyyətli dərəcədə artır. Əməliyyat sistemi və əlavələrin yüklənməsi sürətinin artımına FAST Factor texnologiyası məsuliyyət daşıyır. Seagate şirkətinin bəyanatına əsasən, bu, şirkətin noutbuklar üçün nəzərdə tutulmuş ən məhsuldar diskləridir. Artıq, ikinci nəsil Momentus XT disklərinin satışlarına başlanıb. Təxmini qiymət 245 dollardır.



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL