waplog

“HUAWEI Enjoy 10e” smartfonu təqdim edilib


“HUAWEI” şirkəti “Enjoy 10e” adlı başlanğıc səviyyəli smartfonunu təqdim edib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, yeni aparat ön panelin 88,4%-ni tutan HD formatlı 6,3 düymlük IPS ekran, 2,3 QHs maksimal takt tezlikli 8 nüvəli “MediaTek Helio P35” prosessoru və 4 QB əməli yaddaşla təchiz edilib. Modelin daxili daşıyıcısının tutumu modifikasiyadan asılı olaraq 64/128 QB təşkil edir. Daxili yaddaşı microSD yaddaş kartının köməyi ilə artırmaq mümkündür.

 

Cihazın əsas özəlliklərindən biri başqa qurğuların simli şarjı üçün pauerbank rejimini dəstəkləyən 5000 milliamper/saat tutumlu akkumulyatordur. Əsas kamera 13 mp-lik (f/1.8) əsas sensor və 2 meqapiksellik dərinlik sensorundan (f/2.4) ibarət ikiqat kamera. Ön kameranın təsvir ölçüsü 8 mp (f/2.0) təşkil edir. Smartfon “Wi-Fi 802.11b/g/n”, “Bluetooth 5.0”, “GPS”, “microUSB” texnologiyalarını dəstəkləyir və 3,5 mm-lik audio konnektora malikdir. Smartfon “EMUI 10” interfeysli “Android 10” əməliyyat sisteminin idarəetməsi altında işləyir.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL