waplog

“Sharp” televizor istehsalı zavodunda tibbi maskaların buraxılışına başlayacaq


Yaponiyanın “Sharp” şirkəti (Tayvanın Foxconn şirkətinə məxsusdur) Mie prefekturasının Kameyama şəhərində maye-kristal panellər və televizorların istehsalı üzrə zavodda tibbi maskaların buraxılışına başlayacaq. Müəssisənin istehsal istiqamətinin dəyişməsinə səbəb kimi yeni tipli koronavirusun (Covid-2019) yayılması qeyd olunur.

 

“ICTnews” Elektron Xəbər Xidməti “NEWSru” resursuna istinadən yazır ki, elektronika avadanlıqlarının yığılması zamanı yüksək sterilizasiya standartlarına riayət olunan zavod maskaların buraxılışı üçün əlverişli hesab olunur. “Sharp” şirkətinin planında martın sonunadək gündəlik 150 min maskanın buraxılışı nəzərdə tutulur. Gələcəkdə gündəlik buraxılış həcminin 500 min ədədədək artırılacağı gözlənilir. Maskanın qiyməti və tədarük planları barədə məlumat verilmir.

 

Qeyd edək ki, tibbi maskalar Yaponiyada kəskin respirator virus infeksiyalarına yoluxmanın qarşısının alınması üçün geniş istifadə olunur. Lakin koronavirusun yayılması ilə əlaqədar onlara tələbat kəskin artıb və maskalar, eləcə də bir sıra digər məhsullar, o cümlədən tualet kağızında çatışmazlıq yaranıb. Digər ölkələrdə də tibbi maskaların çatışmazlığı müşayiət edilir, onların qiyməti isə kəskin bahalaşıb.

 

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL