waplog

“Nokia”nın baş direktoru şirkəti tərk edir


“Nokia”nın baş direktoru Raciv Suri şirkəti tərk edəcək. “TechCrunch” nəşri yazır ki, Finlandiyanın İT şirkəti bu barədə martın 2-də açıqlama verib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “lenta.ru” saytına istinadən yazır ki, 52 yaşlı Raciv Suri 31 Avqust 2020-ci il tarixində CEO vəzifəsindən istefaya gedəcək və 2021-ci il yanvarın 1-dək şirkətin idarə heyətində qalacaq. Onu Finlandiyanın “Fortum” enerji şirkətinə rəhbərlik edən Pekka Lundmark əvəz edəcək. Əvvəllər “Nokia” şirkətində işləmiş yeni CEO sentyabrın 1-dən öz vəzifəsinin icrasına başlayacaq.

 

Suri deyib ki, “Nokia”da 25 il işlədikdən sonra özünü başqa sahədə sınamaq istəyir. Nəşr yazıb ki, hazırkı baş direktor “Bloomberg” nəşri tərəfindən Finlandiya şirkəti haqqında materialın dərcindən bir neçə gün sonra istefa verib. Məlumata görə, telekommunikasiya biznesində kəskin rəqabət səbəbindən “Nokia” bəzi aktivlərini sataraq digər şirkətlərlə birləşmək variantını nəzərdən keçirir. İsveçin “Ericsson” şirkəti ilə birləşmə ehtimalı daha böyükdür.

 

Nəşrin məlumatına görə, Finlandiya şirkəti “5G” bazarında öz rəqiblərinə, xüsusən “Huawei” və “Ericsson”a uduzur.

 

Gələcək CEO Pekka Lundmark “Nokia”nın beşinci nəsil şəbəkələrini inkişaf etdirməkdə maraqlı olduğunu deyib. "Əminəm ki, şirkət “5G” texnologiyasını inkişaf etdirməkdə maraqlıdır, həmçinin müştərilərimiz, işçilərimiz və səhmdarlarımız qarşısında öhdəliklərin yerinə yetirilməsini öz məqsədim hesab edirəm" – Lundmark bildirib.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL