waplog

Vintqanadlı aparat ilk uçuşunu edib


Almaniyanın "Fraundorfer Aeronautics" şirkəti aerotaksi qismində iş üçün nəzərdə tutulan vintqanadlı uçuş aparatı hazırlayır.

 

"ICTnews" Elektron Xəbər Xidməti "Popmech" resursuna istinadən yazır ki, "Tensor 600X" adlı aparat əlavə ağırlıq gücü yaradan qanada malikdir. Onun kreyser sürəti saatda 200 kilometr, uçuş məsafəsi isə 600 kilometr təşkil edir.

 

Bildirilir ki, "Tensor 600X" bu yaxınlarda bir saat davam edən ilk uçuşunu həyata keçirib. Uçuş zamanı aparat 130 km/saat sürətlə hərəkət edərək 500 metr hündürlüyə qalxıb. Bundan başqa, sınaqlar çərçivəsində aparat bir sıra uçuş və enişlər edib.

 

Test edilən "Tensor 600X" aparatı "Rotax 915S" benzin mühərriki ilə təchiz edilib. Mütəxəssislərin fikrincə, aparatı, həmçinin enerjini batareya və ya yanacaq mənbəyindən alan elektrik mühərriki ilə təchiz etmək mümkündür.

 

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL