waplog

“Yaşıl texnologiyalar” adlı iqtisadi seminar keçirilib


Bakıda Sənaye və Energetika Nazirliyinin dəstəyi ilə Azərbaycan-Polşa “Yaşıl texnologiyalar” adlı iqtisadi seminar keçirilib. Seminarda Polşanın 30-a yaxın bərpa olunun enerji və digər sahələr üzrə sahibkarları iştirak edib.

 

Seminarda Alternativ və Bərpa olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin direktor müavini Cəmil Məlikov çıxış edərək bildirib ki, seminarın əsas məqsədi Polşada yaşıl enerji ilə məhsul alan sahibkarların imkanlarının Azərbaycanda tətbiqi və Azərbaycan sahibkarları ilə Polşa sahibkarları arasında əməkdaşlıq əlaqələrini genişləndirməkdir.

 

Onun sözlərinə görə, hazırda ölkədə “Yaşıl enerji” sahəsini inkişaf etdirmək prioritet məsələlərdən birinə çevrilib. O həmçinin vurğulayıb ki, Polşa tərəfindən Azərbaycana konkret layihələr təqdim olunacaq, iki ölkənin sahibkarları arasında görüşlər keçiriləcək.

 

Daha sonra seminarda çıxış edən Polşanın Azərbaycandakı səfiri Mixail Labenda bildirib ki, sözügedən sahədə Polşa inkişaf edib və digər ölkələr ilə “Yaşıl enerji” təcrübəsini bölüşüb. Həmçinin o deyib ki, Polşa Azərbaycanla bu sahədə əməkdaşlığa etməyə maraqlıdır.



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL