waplog

2012-ci ilin əvvəlində ultrabuklar ucuzlaşacaq


Intel korporasiyasının ultrabuklarla bağlı çox ciddi planları var. DigiTimes nəşri bildirib ki, 2012-ci ilin birinci rübündə belə qurğuların qiyməti 5-10% aşağı düşəcək. Hal-hazırda ultrabukların ən ciddi problemi yüksək qiymətdir. Intel konsepsiyasına əsasən, onların qiyməti 1000 dolları ötməməlidir.

 

Lakin bu məbləğə yalnız aşağı modellər təklif edilir, məhsuldar ultrabukların qiyməti isə baha başa gəlir. CES 2012 sərgisinə istehsalçıların 30- 50 ultrabuk modeli təqdim edəcəyi gözlənilir. Acer, ASUS, Toshiba, Lenovo, HP, Dell və bəzi digər şirkətlər öz həllərini təqdim edəcəklər.



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL