waplog

Qiyməti 200 dollardan aşağı olan 90 herslik ekrana malik smartfon təqdim edilib


Çinin “Realme” şirkəti iki yeni smartfonunu (“Realme 6” və qabaqcıl “6 Pro”) təqdim edib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “vesti.ru” saytına istinadən yazır ki, “Realme 6” aparatı smartfonlar bazarında ekranın yenilənmə tezliyi 90 Hs təşkil edən və qiyməti 200 dollardan aşağı olan yeganə smartfondur. Belə ki, şəkil sözügedən aparatın 6,5 düymlük ekranında (Full HD ) “Samsung Galaxy S10” smartfonunda olduğu kimi hamar şəkildə dəyişəcəkdir. "6 Pro" modeli 6,6 düymlük displeylə təchiz edilib.

 

Hər iki aparatda barmaq izləri skaneri kənar tərəfdə yerləşdirilib.

 

Hər iki model 64 meqapiksellik “Samsung GW1” obyektivindən ibarət kvadrokamera, 8 mp-lik genişbucaqlı və 2 mp-lik makroçəkiliş üçün modulla təchiz ediliblər. Sadə model portretlər üçün 2 meqapiksellik ağ-qara sensor, amma “6 Pro”da 12 mp-lik teleobyektiv var. 16 meqapiksellik selfi kamera var, ancaq böyük modeldə əlavə olaraq 8 mp-lik genişbucaqlı obyektiv də nəzərdə tutulub.

 

“Realme 6 Pro” modeli “Qualcomm Snapdragon 720G” çipi, 6/8 QB əməli yaddaş və 256 QB-dək daşıyıcı ilə təchiz edilib. Sadə model “MediaTek Helio G90T” prosessoru, 4/8 QB əməli yaddaş və 128 QB-dək daxili yaddaşla təchiz edilib. Hər iki model 30 vatt gücündə “VOOC 4.0” sürətli enerjidoldurma texnologiyasını dəstəkləyən 4300 milliamper/saat tutumlu akkumulyatorlarla təchiz edilib.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL