waplog

Mobil qurğular üçün ən güclü çip


Cənubi Koreyanın Samsung Electronics korporasiyası Exynos ailəsinin yeni prosessor modelini təqdim edib. Exynos 5250 birkristallı sistemi Samsung şirkətinin 2 QHz takt tezliyi ilə olan ilk ikinüvəli mikroprosessorudur. ARM Cortex A11 çipi Cortex A9 əsasında olan indiki həllər ilə müqayisədə 40% daha sürətli işləyir.

 

Exynos 5250 prosessoru yüksək məhsuldarlıqdan əlavə təkmilləşdirilmiş qrafik imkanları ilə də fərqlənir. 32 nanometr texnoloji proses üzrə istehsal edilmiş yeniliyin digər üstünlükləri arasında stereoskopik 3D-ekran dəstəyini və WQXGA (2560 x 1600 piksel) kəskinliyini qeyd etmək olar. İstehsalçıların sözlərinə əsasən, yeni məmulatların istehsalı 2012-ci ilin ikinci rübündə başlayır.



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL