waplog

“WhatsApp” messencerinin klounları orijinaldan daha funksionaldır


“WhatsApp” dünyada yükləmələrin sayına görə liderdir.

 

“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, Almaniyanın “SmartDriod” portalının məlumatına görə, bəzi regionlarda kənar tərtibatçılar tərəfindən hazırlanmış “WhatsApp” messencerinin dəyişdirilmiş kliyentləri daha populyardırlar. İstifadəçilərin belə "klounlara" marağı əlavə funksiyaların mövcudluğu ilə izah edilir. Məsələn, Afrikada populyar olan “GBWhatsApp” tətbiqetməsi kontaktdan silinmiş istifadəçilərin statusuna baxmağa imkan verir. “FMWhatsApp”, “YoWhatsApp” və onlara oxşar kliyentlər bir qurğuda bir neçə hesaba daxil olmaq imkanına və ya böyük ölçülü faylların göndərilməsi dəstəyinə malikdirlər.

 

Analitiklərin məlumatına görə, Nigeriya, Keniya və Cənubi Afrikada belə mobil proqramlar orijinal “WhatsApp” messencerindən daha populyardırlar. “Facebook” tərəfindən belə proqramlar seqmentinə nəzarət cəhdləri praktik olaraq uğursuzdur: həmin proqramların bloklanmasından sonra tərtibatçılar kliyentlərin yeni versiyalarını başqa ad altında çıxarırlar.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL