waplog

“Vivo” şirkəti “6G” rabitəsi sahəsində tədqiqatlara başlayır


Dünyanın ən böyük smartfon tədarükçülərindən biri Çinin “Vivo” şirkəti altıncı nəsil mobil rabitə texnologiyaları (6G) sahəsində tədqiqatlara başlayır.

 

“ICTnews” Elektron Xəbər Xidməti “3DNews” resursuna istinadən yazır ki, hazırda kommersiya beşinci nəsil mobil rabitə şəbəkəsi (5G) bazarı yenicə təşəkkül tapır. “5G” nəzəri baxımdan 20 Qbit/saniyə sürətində buraxılış qabiliyyətini təmin edə bilsə də, belə sürət hələ ki əlçatmaz görünür.

 

Bununla belə, əksər elmi təşkilatlar və aparıcı telekommunikasiya şirkətləri artıq “6G” sahəsində tədqiqatların aparılmasına başlayıb. Bu dəfə müvafiq təşəbbüslə “Vivo” tədqiqat institutunun rabitə sahəsində rəhbəri Tsin Fey çıxış edib.

 

Onun sözlərinə görə, “Vivo” tərəfindən əməkdaşları “6G” sahəsində tədqiqatların və işləmələrin aparılması ilə məşğul olacaq xüsusi komanda formalaşdırılıb. Bölmə Çinin və xarici ölkələrin ali məktəbləri ilə qarşılıqlı fəaliyyət göstərəcək.

 

Proqnozlara görə, “6G” şəbəkələri məlumatları 1 Tbit/saniyə sürətində ötürməyə imkan verəcək ki, bu da keyfiyyətcə yeni servislərin yaranmasına səbəb olacaq. İlk altıncı nəsil rabitə sistemlərinin 2030-cu ildə istifadəyə verilməsi planlaşdırılır.

 

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL