waplog

Multiçipli “Micron” yaddaşı smartfonların məhsuldarlığını və avtonom işləmə müddətini yüksəldir


Avtonom işləmə müddəti mobil qurğularda əsas parametrlərdən biridir. Bu, beşinci nəsil şəbəkələrinin istifadəyə verilməsi ilə əlaqədar daha aktualdır, çünki “4G” ilə müqayisədə “5G” üçün daha çox enerji lazımdır. Bu səbəbdən ABŞ-ın “Micron” şirkəti öz yeni yaddaş modulunun hazırlanması vaxtı yalnız buraxılış qabiliyyətinin artırılmasını deyil, həm də enerji səmərəliliyini nəzərə alıb.

 

“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, “Micron” şirkəti artıq enerjiyə qənaətcil “DDR5” (LPDDR5) əməli yaddaşı, UFS daşıyıcı və kontrolleri birləşdirən multiçipli “uMCP” paketlər istehsalına başlayıb. 297 kontaktdan ibarət bir belə miniatür korpusun daxilində 12 QB LPDDR5 əməli yaddaşı və 256 QB 96 qatlı “3D NAND” fləş yaddaşı yerləşdirilib. İstehsalçının iddiasına görə, bu, dünyada ən yığcam belə həldir. Nəticədə smartfonun daxilində başqa vacib komponentlər üçün boş yer yaranır.

 

İkikanallı LPDDR5 yaddaşının buraxılış qabiliyyəti 6400 Mbit/s təşkil edir ki, bu da əvvəlki nəsil həllərlə müqayisədə 50% çoxdur.

 

İstehsalçının sözlərinə görə, yeni yaddaş orta sinif nazik və yığcam smartfonlar üçün nəzərdə tutulub.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL