waplog

Azərbaycan Milli Elmlər Akademiyasının müəssisəsi Eduroam servisinə pulsuz çıxış əldə edəcək


Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunun (İTİ) "Eduroam" (education roaming) "təhsil rominqi" servisi gələn həftə istismara veriləcək. Bu barədə institutdan məlumat veriblər.

 

İTİ-nin "Eduroam" servisi Trans-Avropa Elmi-Tədqiqat və Təhsil Müəssisələri Assoasiyasının (TERENA) qeydiyyatından keçib və yaxın günlərdə servis barədə informasiya TERENA-nın rəsmi saytında yerləşdiriləcək. "Eduroam" servisi TERENA işçi qrupu tərəfindən yaradılıb.

 

O, şəbəkə infrastrukturunu birləşdirmək imkanı yaratmaqla, bütün elm və təhsil şəbəkələri arasında vahid əlaqəni təmin edir. Hazırda "Eduroam" servisi Avropanın 35-dən çox elmi-tədqiqat və təhsil müəssisələrində yaradılıb. Onların isə öz növbəsində yüzlərlə təhsil müəssisələri var.

 

"Eduroam" servisi elmi müəssisə və təhsil sisteminin əməkdaşlarına ezamiyyətdə olan zaman internetdən pulsuz istifadə imkanı verir. İstifadəçi "Eduroam"ın fəaliyyət zonasında olarkən öz uçot məlumatlarından (ad və parol) istifadə etməklə internet şəbəkəsinə qoşula bilər.



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL