waplog

Fokuslanması lazım olmayan çox nazik kamera təqdim edilib


Fokuslanması lazım olmayan çox nazik kamera təqdim edilib. Bu texnologiya smartfon və tibbi qurğularda kameraların işini yaxşılaşdırmağa imkan verəcək.

 

"ICTnews" Elektron Xəbər Xidməti "hightech.fm" saytına istinadən yazır ki, tədqiqatçılar qalınlığı təxminən santimetrin 1/1000 hissəsini təşkil edən obyektivdən istifadə edərək kamera hazırlayıblar. Bu texnologiya əksər smartfonlarda istifadə edilən ənənəvi kameralarla müqayisədə daha yaxşı işləyəcək.

 

"Bizim obyektivimiz cihazın çəkisini, mürəkkəbliyini, kamera və təsvirlərin işlənməsi üzrə digər sistemlərin dəyərini azalda bilər, eyni zamanda onların funksionallığını artıracaq – Yuta Universitetindən tədqiqat qrupunun rəhbəri Radjeş Menon deyib. Bu texnologiya smartfonlar üçün daha nazik kameralardan, biotibbi görüntülər üçün təkmilləşdirilmiş və yığcam kameralardan istifadəyə imkan verəcək".

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL