waplog

“HP” şirkəti fərdi kompyuter bazarında liderliyini itirə bilər


“Hewlett-Packard” şirkətinin icraçı direktoru Meq Uitmen şirkətin fərdi kompyuter bazarında liderliyi itirə biləcəyini istisna etmir. İlkin hesablamalara əsasən, 2011-ci ildə təxminən 63,6 milyon planşet satılacaq. Bu arada qeyd edək ki, “Apple” korporasiyasının dünya bazarındakı payı isə 73,4% təşkil edəcək.

 

Analitiklər proqnozlaşdırırlar ki, 2012-ci ildə planşet tədarükləri 100 milyonu ötəcək; bu halda isə “Apple” korporasiyasının payı 67%-i təşkil edəcək. Xanım Uitmen bundan əvvəl bildirib ki, “HP” şirkəti planşet kompyuter bazarını tərk etməyə hazırlaşmır.

 

Növbəti ilə “Windows 8” platformasında olan qurğuların istehsalı planlaşdırılır. Meq Uitmen, həmçinin əlavə edib ki, əgər “Apple” fərdi kompyuter bazarında lider olmağı bacarsa, o zaman “HP” şirkəti 2013-cü ildə əvvəlki mövqeyinə qayıtmağa çalışacaq.



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL