waplog

İki ucuz “iPhone” modeli buraxılacaq


“Apple” şirkəti iki ucuz “iPhone” modelini satışa çıxarmağı planlaşdırır. Bu barədə “iOS 14” kodunda informasiyanı aşkarlayan “9to5mac” nəşrinin məlumatında deyilir.

 

“ICTnews” Elektron Xəbər Xidməti “Lenta” resursuna istinadən yazır ki, yeni əməliyyat sisteminin sistem kodunda jurnalistlər tərəfindən 4,7 və 5,5 düym diaqonallı ekrana malik iki qurğunun sadalandığı aşkarlanıb. Əvvəlki şayiələrə əsaslanan nəşr belə qərara gəlib ki, “Apple” şirkəti “iPhone SE” modelini əvəzləyəcək bir yox, iki smartfon hazırlayır. Qurğuların “iPhone 9” və “9 Plus” adlanacağı ehtimal olunur, lakin onların dəqiq adı barədə məlumat yoxdur. Şirkət sonuncu dəfə qoşa smartfonları – “iPhone 8” və “8 Plus” modellərini 2017-ci ildə təqdim edib.

 

Həmçinin jurnalistlər təsdiqləyib ki, hər iki qurğu “IPS” ekran, “Touch ID” barmaq izi skanerli “Home” düyməsi ilə təchiz ediləcək və “Apple Pay” funksiyasını dəstəkləyəcək. Qurğular aktual “iPhone 11” seriyalı smartfonların malik olduğu “Apple A13 Bionic” prosessoru ilə təchiz ediləcək. Smartfonların nümayiş tarixi barədə dəqiq məlumat olmasa da, nəşrin ehtimalına görə, onlar martın sonunadək – “iOS 13.4” əməliyyat sistemi ilə eyni vaxtda və ya onun buraxılışından sonra təqdim oluna bilər.

 

Martın əvvəlində məlum olub ki, “Apple” korporasiyası keçirilməsi planlaşdırılan yeni “iPhone SE 2” smartfonunun təqdimat mərasimini ləğv edib. Tədbirin ləğvinə iki amil təsir göstərib. Birincisi, “COVID-19” pnevmoniyasının yayılması ilə əlaqədar “Apple” smartfonlar üçün komponentlərin tədarükündə problemlərlə üzləşib. İkincisi, şirkətin mənzil-qərargahının yerləşdiyi və təqdimatın keçiriləcəyi Santa-Klara dairəsinin hakimiyyəti kütləvi tədbirlərin təşkilini qadağan edib.

 

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL