waplog

Yeni “Powerbeats” qulaqcığı rəsmən təqdim olunub


“Apple” korporasiyasına məxsus “Beats” şirkəti yeni simsiz “Powerbeats” qulaqcığını rəsmən təqdim edib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “Digger” resursuna istinadən yazır ki, “Powerbeats” xarici görünüşünə görə “Powerbeats Pro” qulaqcığına bənzəsə də, “Powerbeats 3” kimi bir-birinin arasında simli şəkildə birləşib. “Apple” nümayəndələrinin sözlərinə görə, bu, boyun ətrafında təbii erqonomik kontur yaradır.

 

Bildirilir ki, “Powerbeats” qulaqcığı rahat istifadə üçün dörd ölçüyə malik silikon içliklə tədarük edilir.

 

Səsləndirmənin idarəetməsi və səsin tənzimlənməsi üzrə fiziki elementlər hər qulaqcığa quraşdırılıb.

 

Yeni “Powerbeats” qulaqcığı “iOS” əməliyyat sisteminin idarəetməsi ilə işləyən qurğulara tez qoşulma, eyni “iCloud” hesabında qeydiyyatdan keçən qurğular arasında sürətli keçid və “Siri” səsli komandalarının dəstəklənməsi üçün “H1” çipi ilə təchiz edilib. Bundan başqa, qulaqcıq “IPX4” standartı üzrə rütubətdən qorunur.

 

Qulaqcığın daxilində rabitənin keyfiyyətinin yaxşılaşdırılması üçün iki istiqamətləndirilmiş şüaya malik mikrofonlar yerləşir. Qarniturun avtonom iş vaxtı 15 saat təşkil edir, “Fast Fuel” funksiyası isə 5 dəqiqə enerji topladıqdan sonra bir saat dinləməni təmin edir.

 

Yeni “Powerbeats” qulaqcığı martın 18-dən etibarən qara, ağ və qara rənglərdə satışa çıxarılacaq.

 

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL