waplog

“Samsung” şirkəti “Galaxy M21” smartfonunu təqdim edib


“Samsung Galaxy M21” smartfonu 2340x1080 piksel təsvir ölçülü 6,4 düymlük “Super AMOLED” ekranla təchiz edilib. Ekran “Corning Gorilla Glass 3” şüşəsi ilə qorunur.

 

“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, əsas kamera 48 mp-lik genişbucaqlı, 8 mp-lik ultra genişbucaqlı və 5 mp-lik dərinlik sensorundan ibarətdir. Müxtəlif çəkiliş rejimləri dəstəklənir: portret, gecə və peşəkar. 4K formatında videoçəkiliş imkanı nəzərdə tutulub.

 

Smartfon “Mali-G72 MP3” qrafikalı 8 nüvəli “Exynos 9611” prosessoru ilə təchiz edilib. Əməli yaddaşın tutumu 6 QB (LPDDR4x), daxili genişləndirilə bilən daşıyıcının tutumu isə 128 QB təşkil edir. 6000 milliamper/saat tutumlu akkumulyator 15 vattlıq adapterdən enerji toplayır. “Dolby Atmos” dəstəyi və üztanıma funksiyası nəzərdə tutulub. “Galaxy M21” smartfonu “One UI 2.0” interfeysli “Android 10” sisteminin idarəetməsi altında işləyir.

 

Martın 23-də satışa çıxarılacaq yeni “Samsung Galaxy M21” aparatının qiyməti haqqında hələ ki məlumat yoxdur.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL