waplog

“Toshiba” korporasiyası öz zavodlarını bağlayacaq


Yaponiyanın “Toshiba” korporasiyası yarımkeçirici istehsalı ilə məşğul olan 3 zavodunu bağlayacaq və 2012-ci il sentyabr ayının sonuna kimi təxminən 1700 işçisinin yerini digər vəzifələrə dəyişəcək .

 

Şirkətdən bildiriblər ki, yapon ienasının yüksək məzənnəsi Yaponiya ərazisində yarımkeçirici istehsalını və onların əsasında məhsul istehsalını əlverişsiz edir.

 

“Toshiba” korporasiyasının mətbuat katibi Keisuke Ohmori bildirib ki, şirkətin təxminən 1200 işçisinin yeri yarımkeçirici istehsalı ilə bağlı olmayan vəzifələrə dəyişdiriləcək, digər 500 işçiyə isə digər zavodlara keçməyi təklif edəcəklər.



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL