waplog

Yanğınsöndürən dron hazırlanıb


Çinin “QilingUAV” şirkəti “JS260” adlı yanğınsöndürən dron hazırlayıb. Bu dronun ucqar rayonlarda meşə yanğınlarının söndürülməsində istifadə ediləcəyi planlaşdırılır.

 

“ICTnews” Elektron Xəbər Xidməti “hightech.fm” saytına istinadən yazır ki, hazırda dünyada yanğınların söndürülməsi üçün böyük tutumlu su çənləri ilə təchiz edilmiş xüsusi təyyarə və vertolyotlardan istifadə olunur. Bu halda su yalnız 40 metr hündürlükdən atılır, çünki əks təqdirdə suyun bir hissəsi isti havada buxarlanacaq.

 

Bundan başqa, təyyarələr vasitəsilə yanğınların söndürülməsinə yalnız gündüzlər icazə verilir, çünki gecə saatlarında pilotların hansısa hündür obyektlə toqquşmaq ehtimalı yüksəkdir.

 

Çinli mühəndislər bu məhdudiyyətlərin bir hissəsini aşmaq üçün pilotsuz yanğınsöndürən aparat hazırlayıblar. “JS260” dronunun uzunluğu 2,8 metr, hündürlüyü 1,6 metrdir.

 

Aparat hər biri 34 at gücünə malik iki benzin mühərriki ilə təchiz edilib. Dronun kənarlarında yanğınların söndürülməsi üçün quraşdırılmış maye çənlərin çəkisi təxminən 260 kq-dır.

 

“JS260” aparatı yanacaq doldurmadan 4 saatadək havada qalır və ona quraşdırılmış bir maye çən meşənin 50 kubmetr ərazisini söndürmək üçün kifayətdir.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL