waplog

“6G” mobil şəbəkələrinin tətbiq olunma müddəti məlum olub


Dünyada beşinci nəsil (5G) mobil şəbəkələrinin tətbiqinə başlanılıb. Eyni zamanda bir sıra texnologiya nəhəngləri artıq “6G” texnologiyasının araşdırılması üzrə planlar qururlar. Sözügedən texnologiya o qədər sürətli olacaq ki, 4K formatında 50 filmi 1 saniyə yükləmək mümkün olacaq. “ZTE” şirkəti yeni texnologiyanın perspektivləri və tətbiq olunma müddəti haqda məlumat verib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, “ZTE” şirkəti altıncı nəsil şəbəkələrinə həsr edilmiş ikinci sammitin nəticələrini paylaşıb. Koronavirus epidemiyasına görə sammit onlayn formatda keçirilib. Sammitdə dövlət qurumlarının mütəxəssisləri, operator, avadanlıq istehsalçıları, elmi tədqiqat institutları, universitet və sahə üzrə təşkilatların nümayəndələri iştirak ediblər.

 

Növbəti nəsil simsiz rabitə texnologiyaları üzrə mütəxəssis doktor Fanq Min "6G xidmətləri üçün endogen çağırışlar və innovasiyalar" adlı hesabatla çıxış edib. Onun sözlərinə görə, “6G” şəbəkəsinin kommersiyalaşması 2030-cu ildə başlanacaq. Məlumatların ötürülmə sürətinə yüksək tələblər qoyan perspektivli texnologiya fiziki və rəqəmli dünyaları birləşdirə biləcək. Onun sözlərinə görə, “6G” texnologiyasının ən yüksək sürəti 1 TB/s və ya 8000 Qbit/s təşkil edəcək ki, bu da “5G” ilə müqayisədə 8000 dəfə çoxdur.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL