waplog

“Windows”un bütün versiyalarında boşluq aşkar edilib


"Microsoft"un nümayəndəsi deyib ki, hakerlər "Windows"un bütün dəstəklənən versiyalarında əvvəllər məlum olmayan iki boşluqdan istifadə edirlər. Şirkət hələ ki bu problemləri aradan qaldıran yeniləmələr çıxarmayıb.

 

"ICTnews" Elektron Xəbər Xidməti "dailycomm.ru" saytına istinadən yazır ki, "Microsoft"un məlumatına görə, sözügedən boşluqlar "Windows Adobe" kitabxanasında aşkar edilib. İstifadəçilər virusa yoluxdurulmuş sənədləri açmaqla yanaşı, həm də onlara ön baxış panelində baxdıqda hakerlər öz istədiklərinə nail olurlar.

 

Boşluqlar məsafədən istənilən kodu icra etməyə imkan verir, yəni hakerlər qurbanın sistemində öz kodunu işə sala və istifadəçinin adından müxtəlif əməliyyatlar həyata keçirə bilərlər.

 

"Microsoft"un nümayəndəsi bildirib ki, bu problem haqqında məlumatlıdırlar, həmçinin dəqiqləşdiriblər ki, "Windows 10" sistemində uğurlu hücum kodun yalnız "AppContainer" kontekstində icrasına gətirib çıxara bilər. Bu isə məhdud hüquq və imkanları nəzərdə tutur.

 

Düzəlişlərdən ibarət yeniləmə növbəti yeniləmə çərçivəsində çıxarılacaq. Bu yeniləmə "Windows 7" istifadəçiləri üçün əlçatan olmayacaq, çünki bu ƏS-i rəsmən dəstəklənmir.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL