waplog

Kompüterin köməyilə beyin siqnallarını oxumaq üçün yeni metod hazırlanıb


Beynəlxalq alimlər qrupu beyin neyronlarından gələn siqnalları silisium çipinə ötürməyə müvəffəq olublar. Sınaqlar adi laboratoriya siçanları üzərində keçirilib. Prosessorla beyin arasında əlaqə yaratmaq üçün insan saçından 15 dəfə daha nazik olan xüsusi elektrodlardan istifadə edilib. Silisium çip elektrik siqnallarını tutaraq onları oxunula bilən məlumat yığınına çevirib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, alimlər əmin edirlər ki, beynin bütün neyronlarını oxuya biliblər, çünki çipə quraşdırılmış gücləndiricilər çox həssasdır. Bildirilib ki, beynin aktivliyini oxumaq üçün bu texnologiya əvvəllər də mövcud olub. Lakin əvvəllər hər bir elektrod ayrı gücləndirici ilə birləşdirilirdi ki, bu da prosesi xeyli çətinləşdirirdi. Siçanlar üzərində keçirilmiş sınaqda bir neçə yüz elektroddan istifadə edilib. Alimlərin sözlərinə görə, insanlar üçün 100 mindən çox elektrod lazım olacaq.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL