waplog

“HONOR 30S” smartfonu təqdim edilib


Çində nümayiş etdirilmiş “HONOR 30S” smartfonu beşinci nəsil şəbəkələrini dəstəkləyən ən yeni prosessor, minimal çərçivəli displey və 64 mp təsvir ölçüsünə malik kamera ilə təchiz edilib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, “HONOR 30S” smartfonu IPS texnologiyası üzrə hazırlanmış 6,5 düymlük ekranla təchiz edilib. Displeyin küncündə ön kamera üçün kiçik dəlik mövcuddur. Barmaq izləri skaneri sağ tərəfdə yerləşən şarj düyməsinə quraşdırılıb.

 

Arxa tərəfdə 4 kameradan ibarət modul quraşdırılıb: 64 mp-lik əsas, 8 mp-lik genişbucaqlı, üçqat optik zuma malik 8 mp-lik telefoto və makro şəkillər üçün 2 mp-lik sensor. Süni intellektin tətbiqi ilə elektron sabitləşmə və sürəti zəiflədilmiş videoçəkiliş dəstəklənir.

 

Smartfona daxili “5G” modemə malik ən yeni 8 nüvəli “Kirin 820” prosessoru quraşdırılıb. Oyunlarda məhsuldarlığı artıran “Kirin Gaming” və “GPU Turbo” texnologiyalarının dəstəyi elan edilib. Əməli yaddaşın tutumu 8 QB təşkil edir, versiyadan asılı olaraq məlumatların saxlanılması üçün 128 və ya 256 QB daxili yaddaş əlçatandır. 4000 milliamper/saat tutumlu akkumulyator 30 dəqiqə ərzində 70%-dək enerji toplayır.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL