waplog

“Apple” korporasiyasının rüblük satışları təxminən 40 milyard dollar təşkil edib


“J.P. Morgan” investisiya bankı analitiklərinin hesablamalarına əsasən, 2011-ci ilin son təqvim rübündə “Apple” korporasiyası bazara 28 milyona qədər “iPhone” smartfonu tədarük edə bilər.

 

Əvvəlki proqnoz isə 25.3 milyon olub. Ekspert Mark Moskovisin (Mark Moskowitz) sözlərinə əsasən, operatorlar artıq “iPhone 4S” modellərinin ətrafında baş verən ajiotajdan təəccübləniblər. “Apple” korporasiyasının köhnəlmiş telefon versiyaları inkişaf etməkdə olan bazarlarda, məsələn, Çində daha yaxşı satılacaq,”- analitik belə güman edir.

 

“iPhone” smartfon satışlarının ən yüksək nəticəsi 2011-ci ilin ikinci rübündə qeyd edilib, lakin sonra göstəricilər aşağı düşüb, belə ki, bazar yeni smartfonları gözləyirdi. Hal-hazırda isə “Apple” korporasiyası rekord sayda smartfon satışına ümid edə bilər.

 

“J.P. Morgan” hesablamalarına əsasən, “iPhone” smartfonunun populyarlığı sayəsində korporasiya 4-cü rübdə 38,69 milyard dollar əldə edəcək. Qeyd edək ki, əvvəlki proqnoz 37,26 milyard dollar təşkil edib.



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL