waplog

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən daha bir dəstək!


Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Teleradio" İstehsalat Birliyi "Evdə qal" kampaniyasına dəstək verdi. Belə ki, xüsusi karantin rejimi dövründə respublikada yerüstü açıq yayım paketinə 80-dək xarici, ödənişsiz telekanal əlavə olundu.
 
 
Aprelin 1-dən etibarən ölkənin şimal, qərb, cənub və Mərkəzi Aran rayonlarının ərazisində DVB-T2 standartında xarici ölkələrin müxtəlif kontentli televiziya proqramlarının yayımlandığı çoxproqramlı televiziya yayımı ödənişsiz, açıq olacaq.
 
 
Məqsəd koronavirus infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı özünütəcrid müddətində əhalinin daha çox informasiya əldə etməsinə şərait yaratmaqdır.


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL