waplog

Ucuz “iPhone” smartfonunun çıxarılma tarixi məlum olub


“Apple”ın məhsulları üzrə bloqer Con Posser “iPhone SE2” smartfonunun çıxarılma tarixini açıqlayıb. O, “Twitter”də yazıb ki, sözügedən smartfon 2020-ci ilin aprelində təqdim ediləcək.

 

“ICTnews” Elektron Xəbər Xidməti “lenta.ru” saytına istinadən yazır ki, məlumata görə, “Apple”ın top-menecerləri tərəfindən martın 30-da keçirilmiş qapalı görüşdə ucuz “iPhone” cihazının çıxarılma tarixi müzakirə edilib. Posserin sözlərinə görə, şirkət aprelin 15-də yeni smartfonun təqdimatını, aprelin 22-də isə cihazın mağazalara tədarükünə başlamağı planlaşdırır. Aprelin sonunadək aparatlar satışa çıxarılacaq.

 

Bloqer dəqiqləşdirib ki, yuxarıda göstərilən tarix koronavirus pandemiyası ilə əlaqədar dəyişdirilə bilər. Həmçinin Con Posser deyib ki, “Apple” şirkəti müştərilərin sifarişlərinin onlayn işlənməsi üçün öz əməkdaşlarını “iMac” ilə təmin edəcək.

 

“Apple”ın yeni ucuz smartfonu “iPhone SE” və şirkətin istehsal xəttindəki başqa köhnəlmiş cihazlara alternativ kimi nəzərdə tutulub. “iPhone 8”i xatırladacaq qurğu 4,7 düymlük IPS ekran, “A13” çipi, 3 QB əməli yaddaş və bir kamera ilə təchiz ediləcək. Cihazın qiyməti 400 dollar təşkil edəcək.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL