waplog

Sosial şəbəkə istifadəçiləri problemlərlə üzləşiblər


Bir sıra ölkələrin “Facebook”, “WhatsApp” və “Instagram” istifadəçiləri sosial şəbəkələrin fəaliyyətində fasilələrin yaranması ilə üzləşiblər. Bu barədə populyar internet resurslarının işini izləyən “Downdetector” resursunun məlumatında deyilir.

 

“ICTnews” Elektron Xəbər Xidməti “RIA Novosti” resursuna istinadən yazır ki, portalın məlumatına görə, “Facebook”da nasazlıqlar Bakı vaxtı ilə saat 00:08-də başlayıb. Şikayətlərin çoxu ABŞ, Meksika, Kolumbiya, Braziliya, Böyük Britaniya, Niderland və Almaniyadan daxil olub. İstifadəçilərin 86 faizi saytla bağlı problemlərlə üzləşib, 13 faizi daxilolmada yaranan problemlərdən şikayət edib.

 

Bildirilir ki, “WhatsApp”da fasilələr Bakı vaxtı ilə saat 00:07-də başlayıb. Nasazlıqlar əsasən bir sıra Cənubi Amerika və Avropa ölkələrində müşahidə edilib. İstifadəçilər serverə qoşulmada (92 faiz), veb-saytla işdə (4 faiz) və avtorizədə (2 faiz) çətinliklər çəkiblər.

 

Portalın məlumatına görə, “Instagram”ın işində nasazlıqlar Bakı vaxtı ilə saat 00:07-də başlayıb. Şəbəkənin işində problemlərdən əsasən ABŞ, Braziliya, Böyük Britaniya və Niderland istifadəçiləri şikayətlənib. İstifadəçilərin əksəriyyəti (73 faiz) yükləmələr zamanı yaranan problemlər barədə məlumat verib, 17 faizi saytlara daxilolmada, 9 faizi veb-saytda problemlərin olduğunu qeyd edib.

 

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL