waplog

“HUAWEI” sürətli enerjidoldurma funksiyasına malik “ağıllı” uzadıcı elan edib


"HUAWEI" şirkəti "Əşyalar interneti" kateqoriyasında "HiLink Zhengtai Smart Power Strip" adlı yeni məhsulunu elan edib. Qurğu 22,5 vatt gücündə sürətli enerjidoldurma texnologiyasını dəstəkləyən "ağıllı" uzadıcıdır. Yenilik Çində kraudfandinq platformasında əlçatandır.

 

"ICTnews" Elektron Xəbər Xidməti "4pda.ru" saytına istinadən yazır ki, "HiLink Zhengtai" adlı qurğu 9 konnektorla (3-ü "USB Type-A" portudur) təchiz edilib. Onlardan biri bənövşəyi rəngdədir və 22,5 vatt gücündə sürətli enerjidoldurma texnologiyasını dəstəkləyir. Həmin konnektor "HUAWEI Mate 20 Pro", "Mate 30", "Mate Xs", "P30 Pro", "Nova 5 Pro", "HONOR V30", "MatePad Pro" və başqa smartfonlar üçün enerji bloku kimi istifadə edilə bilər.

 

Digər 6 rozetka müxtəlif başlıq tipli məişət texnikasının qoşulması üçün uyğundur. Bundan başqa, "Wi-Fi" moduluna malik uzadıcı "LiteOS" əməliyyat sisteminin idarəetməsi altında işləyir.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL