waplog

“Microsoft Edge” brauzeri populyarlaşır


“NetMarketShare” analitik resursu 2020-ci ilin martın sonuna müxtəlif brauzerlərin bazar payı haqqında statistik məlumatlar dərc edib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, analitik şirkətin məlumatına görə, “Microsoft Edge” brauzeri (7,19% göstərici) ikinci yeri tutub. “Mozilla Firefox” (7,59%) üçüncü olub. 68,50% bazar payına malik “Google Chrome” əvvəlki kimi dəyişməz lider olaraq qalır.

 

Bir neçə il bundan əvvəl “Edge” brauzerinin “iOS” və “Android” mobil əməliyyat sistemlərinin idarəetməsi altında işləyən qurğular üçün əlçatan olması ona öz aktiv auditoriyasını genişləndirməkdə kömək edib. Bundan başqa, “Microsoft” şirkəti çoxsaylı istifadəçilərin fikirləri əsasında öz brauzerini daima optimallaşdırır. Belə ki, bu yaxınlarda dünyada ən populyar brauzer “Edge”dən faydalı funksiyanı götürərək tətbiq edib.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL