waplog

Simsiz enerjidoldurma funksiyasına malik smartfonların bazar payı artır


“Omdia” şirkətinin analitikləri simsiz enerjidoldurma funksiyasına malik smartfonlar kateqoriyasında artım haqqında məlumat veriblər. 2019-cu ildə qlobal smartfonlar bazarında belə qurğuların bazar payı 2,7% artaraq 18,5% təşkil edib. Bu seqmentdə müsbət dinamikanın qeydə alınmasına baxmayaraq, mütəxəssislər artım sürətinin azalmasına diqqət çəkiblər. Müqayisə üçün, 2018-ci ildə simsiz üsulla akkumulyatoru enerji ilə doldurmaq imkanına malik aparatların bazar payı 5,6% yüksəlib. Artım tempinin azalması “Samsung”un çeşidində belə modellərin az olması ilə izah edilir.

 

“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, simsiz enerjidoldurma funksiyasına malik smartfonlar ən çox “Apple” şirkəti tərəfindən istehsal edilir. Ötən il şirkət tərəfindən tədarük edilmiş 195 milyon “iPhone” cihazının 165 milyonunda bu funksiya nəzərdə tutulub.

 

“Huawei” şirkəti simsiz enerjidoldurma funksiyasına malik smartfonların tədarük həcminə görə ikinci yeri tutur. Şirkət ilk belə modelini 2018-ci ilin son rübündə təqdim etmişdi. 2019-cu ildə “Huawei” tərəfindən çıxarılmış 56 milyon smartfonun 11 milyonunda bu funksiya nəzərdə tutulub.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL