waplog

Azərbaycanda məktəbəqədər müəssisələr və məktəblərin məlumat bazaları elektron formata keçirilib


Azərbaycanın məktəbəqədər təhsil müəssisələri və məktəblərinin məlumat bazaları tamamilə elektron formata keçirilib. Bu barədə jurnalistlərə Azərbaycan təhsil nazirinin müavini Qulu Novruzov deyib. Onun sözlərinə görə, hazırda elektron məlumat bazasının formalaşdırılması üzrə işlər aparılır.

 

Bu baza sonradan nazirliyin rəsmi saytında yerləşdiriləcək. "Növbəti mərhələdə ali təhsil müəssisələrinin məlumat bazalarının yaradılması planlaşdırılır. Bu, tələbələrin sayı nəzərə alınsa, çox da zəhmət tələb etməyəcək.

 

Belə ki, tələbələrin sayı təxminən 100 min nəfərə çatır. Məlumat bazalarının hazırlanması üzrə işlər xüsusi qüvvə tələb etmir. Bu, onun proqram tərtibatının yüksək səviyyədə yerinə yetirilməsi halında mümkündür. TİMS (təhsilin idarə edilməsinin məlumat sistemi) proqram tərtibatı birbaşa bu məqsədlər üçün hazırlanıb.

 

Məlumat bazası hazır olduqdan sonra nazirliyin saytında yerləşdiriləcək", - Novruzov bildirib. TİMS məktəblərə bütün məlumat bazalarını avtomatlaşdırmağa imkan verir. Elektron məlumat bazasının formalaşdırılması informasiya axınının birbaşa məktəbdən Təhsil Nazirliyinə daxil olması üçün şərait yaradacaq.

 

Hazırda Azərbaycanın orta təhsil müəssisələrində təhsil alanların sayı 1,5 milyon nəfər, respublika üzrə bu sistemin əməkdaşlarının sayı isə 168 min nəfər təşkil edir.



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL