waplog

Analitiklər pandemiyanın İT bazarına təsirini qiymətləndiriblər


“IDC” analitik şirkətinin proqnozuna görə, 2020-ci ildə qlobal informasiya texnologiyaları bazarının həcmi valyuta kursunun dəyişilməsi nəzərə alınmadan 2,7% azalacaq. “COVID-19” pandemiyası qlobal iqtisadiyyata təsir edir və bir çox şirkətləri qısamüddətli perspektivdə öz xərclərini azaltmağa məcbur edir.

 

“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, “IDC” analitik şirkəti hələ yanvarda 2020-ci ilin nəticəsinə görə İT sahəsində qlobal xərclərin 5,1% artımını proqnozlaşdırmışdı. Fevralda proqnoza düzəliş edilərək 4,3%-lik artım gözlənilirdi. Ancaq artıq martda artım proqnozu xərclərin azalması proqnozuna dəyişdirilib.

 

Bu il fərdi kompüter, planşet, smartfon və periferiya qurğuları üzrə xərclərin xeyli azalması gözlənilir. Cihazlara ümumi xərclərin həcmi 8,8% azalacaq.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL