“Moto G8 Power Lite” smartfonu təqdim edilib
“Motorola” brendi öz smartfon çeşidinə “Moto G8 Power Lite” modelini əlavə edib.
“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, “Moto G8 Power Lite” smartfonu 8 nüvəli “MediaTek Helio P35” prosessoru, 6,5 düymlük IPS ekran və 4 QB əməli yaddaşla təchiz edilib. Modelə quraşdırılmış daxili daşıyıcının tutumu 64 QB (“microSD” yaddaş kartının köməyi ilə 256 QB-dək artırmaq mümkündür) təşkil edir.
Smartfona quraşdırılmış 5000 milliamper/saat tutumlu akkumulyator musiqini dinləmək rejimində 100 saatadək, videonu izləmək rejimində isə 19 saatadək avtonom işləyir. Qurğu 16 mp-lik və sürətli fokuslama funksiyasına malik əsas sensor, makroçəkiliş üçün 2 mp-lik modul və 2 mp-lik dərinlik datçikindən ibarət üçqat əsas kamera ilə təchiz edilib.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL