waplog

Yeni tip ekranlar gözdən əlillərə şəkilləri "görməyə" imkan verir


Müasir noutbuk və kompüterlər gözdən əlillərə mətni barmaqlarının ucu ilə oxumağa imkan verən xüsusi Brayl sensor ekranları ilə təchiz edilə bilər. Ancaq texnologiya bir sıra çatışmazlıqlara (əks olunan simvolların sayının məhdud olması, həmçinin avtonom işləmə müddətinin az olması) malikdir. Yeni hazırlama belə ekranların göstəricilərini xeyli yaxşılaşdırmağa imkan verir.

 

“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, əksər Brayl ekranları pyezoelektrik effektindən istifadə edir. İstiqamətlənmiş elektrik gərginliyi vaxtı barmaqların altında mətni oxumağa imkan verən qabarıq nöqtələr peyda olur. Mövcud texnologiya ən çox 80 simvol əks etdirmək imkanına malikdir ki, bu da oxumanın tempini aşağı salır.

 

Alternativ kimi elektroaktiv polimerlərdən (EAP) istifadə etmək təklif edilir, çünki onlar yalnız daha çox mətn əks etdirmir, həm də daha mürəkkəb taktil tiplər (məsələn, şəkil) üçün istifadə oluna bilər.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL