waplog

“Apple” smartfonları üçün sualtı interfeys hazırlanır


Əksər müasir smartfonlar suya dalmağa dözümlüdür. Lakin belə şəraitdə sensor ekrandan normal istifadə çətinləşir. “Apple” şirkəti isə bunu mümkün etməyə imkan verən xüsusi interfeys hazırlayıb.

 

“ICTnews” Elektron Xəbər Xidməti “4PDA” resursuna istinadən yazır ki, “Sualtı istifadəçi interfeysi” şirkətin son patentlərindən birində təsvir olunub. “Apple” mühəndislərinin fikrincə, mövcud interfeyslər mürəkkəbdir və suya dalma zamanı onlarla asanlıqla işləməyə imkan vermirlər. Onların sözlərinə görə, informasiyanın alınması üçün bir neçə klavişi basmaq, komandaları daxil etmək lazımdır ki, bu da müasir qurğuların su altında işini çətinləşdirir. “Apple” qurğu ilə işin effektivliyini və istifadə sadəliyini artırmaq niyyətindədir. Bundan başqa, yeni interfeys prosessorun yükünü azalda və enerji sərfiyyatını minimuma endirə bilər.

 

Patentə görə, hər dəfə suya dalan “Apple” smartfonu interfeysi daha sadəsi və intiutivi ilə əvəzləyəcək. Həmçinin qeyd olunur ki, qurğu bu barədə vibrasiya vasitəsilə istifadəçini xəbərdar edəcək.

 

Hazırda yeni texnologiyanın gələcək “Apple” qurğularında mümkün tətbiqi ilə bağlı məlumat verilmir.

 

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL