Rəqəmsal xidmətləri əlçatan edən “evdeqal.az” saytı istifadəyə verildi
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının birgə təşkilatçılığı ilə "www.evdeqal.az" saytı istifadəyə verilib.
Saytın yaradılmasında əsas məqsəd insanların özünün və ətrafdakıların sağlamlığını qoruması üçün ehtiyac olmadıqda evdən çıxmamasının vacibliyi istiqamətində maarifləndirilməsi, əhalinin gündəlik tələbatlarını qarşılaya bilməsi üçün rəqəmsal xidmətlərə asan çıxışının təmin edilməsidir.
Məlum olduğu kimi, koronavirusla bağlı sosial izolyasiya tədbirləri fonunda insanların distant təhsilə, e-səhiyyəyə, onlayn mağazalara və kinoteatrlara, mal və xidmətlərin onlayn sifarişinə olan tələbatı dəfələrlə artıb. Məhz bu nəzərə alınaraq "evdeqal.az" saytında istifadəçilərə "təhsil", "çatdırılma", "tibb", "qida" və "əyləncə" kateqoriyaları üzrə onlayn xidmətlər, eləcə də koronavirus şəraitində mövcud çağırış və imkanlar haqqında dolğun məlumatlar bir arada təqdim olunur.
Saytda, həmçinin, evdə qalaraq rəqəmsal biznes qurma yolları, bu biznesin onlayn idarə üsulları kimi insanların şəxsi inkişafına yönəlik onlayn öyrənmə imkanları diqqətə çatdırılır.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL