waplog

“Apple” 20 milyondan çox tibbi maska və qoruyucu ekran istehsal edib


ABŞ-ın “Apple” şirkəti koronavirusun yayılması ilə mübarizə aparmaq məqsədilə 20 milyondan çox tibbi maska və qoruyucu ekran hazırlayıb. Bu barədə şirkətin baş direktoru Tim Kuk məlumat verib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “ria.ru” saytına istinadən yazır ki, "tədarük edə biləcəyimiz tibbi maskaların sayı 20 milyonu ötüb. Bu, həqiqətən qlobal bir təşəbbüsdür və biz, bu tibbi maskaların ona ən çox ehtiyacı olan şəxslərə verilməsi üçün icra hakimiyyəti ilə sıx işləməyə davam edəcəyik" – Tim Kuk “Twitter” bloqunda yazıb.

 

“Apple”ın direktoru qeyd edib ki, şirkət bu həftədən başlayaraq həftəlik 1 milyon tibbi maska və qoruyucu ekran tədarükünü planlaşdırır. Artıq ABŞ ərazisində bu proses həyata keçirilir və şirkət yaxın vaxtlarda ölkə hüdudlarından kənara da tədarük etməyi planlaşdırır.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL