waplog

“Snapdragon 712” prosessoru və ikiqat selfi kamera ilə təchiz edilmiş “vivo V19” smartfonu təqdim edilib


“Vivo” şirkətinin qurğular çeşidinə “vivo V19” adlı model də əlavə edilib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, smartfon 8 nüvəli “Snapdragon 712” prosessoru ilə təchiz edilib və iki konfiqurasiyada əlçatandır: 8/128 QB və 8/256 QB. Şirkət təqdimat zamanı sistem resurslarının istifadəsini optimallaşdıran sensor idarəetmə alqoritmləri və “Ultra Game Mode” rejimi daxil olmaqla yeni cihazın oyun imkanlarına diqqət yetirib. Modelə quraşdırılmış əməli yaddaşın tutumu 8 QB, daxili yaddaşın tutumu isə 128 və ya 256 QB təşkil edir.

 

6,4 düymlük “Full HD ” təsvir ölçülü “Super AMOLED” displey daxili barmaq izləri skanerinə və ikiqat selfi modul (32 8 mp) üçün oval kəsiyə malikdir. Qurğunun əsas kamerası 4 sensordan ibarətdir: 48 mp-lik əsas, 8 mp-lik genişbucaqlı optika, 2 mp-lik makroobyektiv və 2 mp-lik dərinlik sensoru.

 

Smartfon 33 vatlıq “FlashCharge 2.0” sürətli enerjidoldurma texnologiyasını dəstəkləyən 4500 milliamper/saat tutumlu akkumulyatorla təchiz edilib.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL