waplog

Qrafik prosessor istehsalçısı “COVID-19” ilə mübarizə üçün “HPC” konsorsiumuna qoşulub


“NVIDIA” şirkəti yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizəyə yönələn “High Performance Computing (HPC) Consortium” superkompüter konsorsiumuna qoşulub.

 

“ICTnews” Elektron Xəbər Xidməti “Servernews.” resursuna istinadən yazır ki, konsorsiumun tərkibinə ABŞ hökumətinin və akademik müəssisələrin aparıcı texniki mütəxəssisləri, eləcə də “IBM”, “Amazon Web Services”, “Google Cloud” və “Microsoft” şirkətlərinin sənaye ekspertləri daxildir.

 

Konsorsiumun əsas məqsədi koronavirusun aşkarlanması və müalicəsi üçün effektiv metodların hazırlanmasının sürətləndirilməsindən ibarətdir.

 

Məlumata görə, şirkət ümumi məhsuldarlığı 400 petaflops təşkil edən 30 superkompüterdən istifadəni təmin etməyə hazırdır. Bundan başqa, “NVIDIA” mütəxəssisləri süni intellekt, superkompüter hesablamaları, dərman axtarışı, molekulyar dinamika, genomika, diaqnostik vizuallaşdırma və məlumatların analizi sahəsindəki təcrübələrini bölüşmək niyyətindədirlər.

 

Bildirilir ki, “NVIDIA” qrafik prosessorları hazırda əksər superkompüterlərdə istifadə edilməklə “COVID-19” ilə bağlı problemlərin axtarışı və həlli ilə məşğul olurlar.

 

Alimlər tərəfindən xəstəliyin müalicəsində effektiv ola biləcək 77 dərman birləşməsinin axtarışı məqsədilə Ok-Ric Milli Laboratoriyasında quraşdırılan dünyanın ən sürətli “Summit” superkompüterindən istifadə edilib. 27 min “NVIDIA” qrafik prosessorundan istifadə sayəsində bir neçə il tələb edən iş şirkət tərəfindən bir neçə gün ərzində yerinə yetirilib.

 

“NVIDIA” qrafik prosessorları əsasında yüz minlərlə ev kompüteri yeni koronavirus üçün dərmanın axtarışı məqsədilə “Folding@Home” layihəsində iştirak edir. Həmçinin şirkətin 356 mindən çox qrafik prosessoru 1,5 ekzaflops səviyyəsində ümumi hesablama gücünün təmin edilməsinə öz töhfəsini verir.

 

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL