waplog

“Samsung” şirkəti ultrabuklar üçün kiçik SSD-disklər istehsal edib


“Samsung” şirkəti portativ kompyuterlər üçün yığcam sərt daşıyıcı istehsalına başlayıb. “PM830” seriyasına aid olan yeni disklər “Toggle DDR” interfeysi ilə olan “NAND” fləş yaddaş əsasında hazırlanır. Onlar “SATA 3.0” kontrolleri və “mSATA” konnektoru ilə təchiz edilmişlər.

 

“Samsung” şirkəti 32, 64, 128 və 256 QB tutuma malik daşıyıcılar təklif edəcək; verilənlərin oxuma/yazma sürəti müvafiq olaraq 500 və 260 Mb/s-ə çatır. Verilənlər 256 bit uzunluğunda açarla olan “AES” (Advanced Encryption Standard) alqoritmi ilə şifrələnəcəklər.

 

Diskin ölçüləri 50,95×30×3,8 mm təşkil edir, çəkisi təxminən 8 qramdır. Daşıyıcıların hər şeydən əvvəl ultrabuklarda tətbiq ediləcəyi gözlənilir.



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL