waplog

“Twitter” rəhbəri koronavirusla mübarizəyə 1 milyard dollar ianə edəcək


“Twitter” mikrobloqlar servisinin təsisçisi və rəhbəri Cek Dorsi koronavirus pandemiyası ilə mübarizəyə 1 milyard dollar ianə edəcək. Bu, onun var-dövlətinin 18 faizini təşkil edir.

 

“ICTnews” Elektron Xəbər Xidməti “NEWSru” resursuna istinadən yazır ki, bu məbləğ şirkət rəhbərinə məxsus “Start Small LLC” Fonduna ianə ediləcək. Vəsaitlərin mənbəyi C.Dorsinin baş direktor vəzifəsini tutduğu “Square” elektron ödənişlər platformasında ona məxsus səhmlər olacaq.

 

O əlavə edib ki, “Start Small” Fonduna köçürüləcək vəsaitlər təhtəlhesab olacaq, bu pulların gələcək taleyi ilə məlumatları əks etdirən cədvəllə isə hamı tanış ola biləcək.

 

C.Dorsi, həmçinin bildirib ki, pandemiya bitdikdən sonra pulun qalan hissəsi qadın təhsilinin dəstəklənməsinə, qızlara tibbi xidmətlərin göstərilməsinə, eləcə də universal baza gəlirli eksperimentlərə yönəldiləcək. Koronavirus pandemiyası ilə mübarizə çərçivəsində ianələrin nəyə xərclənəcəyi barədə dəqiq məlumat verilmir.

 

Bundan əvvəl digər texnoloji şirkətlərin rəhbərləri də koronavirusla mübarizəyə böyük məbləğdə ianələr ediblər. Məsələn, “Facebook” təsisçisi Mark Sukerberq tərəfindən koronavirusun müalicəsi üsullarının tədqiqatına 30 milyon dollar, “Amazon” rəhbəri Ceff Bezos tərəfindən isə ehtiyacı olanlara yardım edən ABŞ-ın ərzaq banklarına 100 milyon dollar ianə edilib.

 

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL