waplog

“Android” qurğuları üçün Brayl klaviaturası təqdim edilib


"Google" şirkəti "Android" əməliyyat sisteminə inteqrasiya edilən "TalkBack" rəqəmli Brayl klaviaturasını təqdim edib. O, xüsusi avadanlığın mövcudluğunu tələb edir və sosial şəbəkə, messencer, mətnli redaktor və poçt proqramlarından asanlıqla istifadə etməyə imkan verərək qurğu ilə aparılan bütün əməliyyatları səsləndirir.

 

"ICTnews" Elektron Xəbər Xidməti "3DNews" resursuna istinadən yazır ki, yeni texnologiya barədə şirkətin rəsmi bloqunda yerləşdirilən məlumatda, həmçinin müxtəlif dillərdə göstərilən təlimatda "TalkBack" rəqəmli Brayl klaviaturasının işə salınması və istifadəsi ətraflı təsvir olunub.

 

Bildirilir ki, jestlərlə işi dəstəkləyən "TalkBack" sürətli çapa, hərf və sözləri silməyə, sətirlər əlavə etməyə və mətnli bildirişlər göndərməyə imkan verir. Bundan başqa, proqram bildiriş və digər hadisələr barədə məlumat verir.

 

Klaviatura "Grade1" və "Grade2" səviyyəli Brayl dili ilə işləyir, lakin hazırda yalnız Brayl əlifbasının birləşdirilmiş ingilis dili şrifti dəstəklənir.

 

"TalkBack" klaviaturasından "Android" əməliyyat sisteminin 5.0 və daha yüksək versiyaları əsasında işləyən qurğularda istifadə mümkündür.

 

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL